«Nyukasl» iki erkən qol vurmasaydı belə, Bakıdan qalib ayrılacaqdı.
Pokerə imza atan Entoni Qordonun transfer dəyəri 60 milyon dollardır.
«Qarabağ»ın bütün heyətinin qiymətini hesabla, heç onun yarısının yarısı eləmir.
Əlbəttə, bu səviyyədə bir neçə futbolçusu olan ingilislər «Qarabağ»ı ciddiyə alacaqdısa, nəticə başqa cür ola bilməzdi.
«Benifka», «Çelsi» və «Ayntraxt»ın etdiyi səhvi - «Qarabağ»a münasibətdə səhlənkarlığı təkrarlamadılar və təkrar da ki, biliyin anasıdır.
Bütün uğurlu nəticələrin arxasında ciddiyyət, məsuliyyət və rəqibə sayğı dayanır. «Nyukasl» bəlli etdi ki, hazırlıq planını «Qarabağ»a böyük
hörmətlə yanaşaraq qurub. «Çelsi» kimi, onlar da «əşşi, «Qarabağ»ı bir ayaqla udaraq» fikri ilə Bakıya gəlsəydilər, bəlkə də hesab fərqli alınacaqdı.
Dərsini kimdən almısan? Dərisi boğazından çıxarılmış qardaşımdan.
«Nyukasl» yorğun və tükənmiş «Qarabağ»ı bu halıyla da gözündə kiçiltmədi, özünü riskə atmadı, cütün taleyini elə burada, paytaxtımızda sığortaladı.
KAMİL

