“Futbolçulara 6 milyon avro “premiya” vermişik”.
Sportinfo.az xəbər verir ki, bunu “Qarabağ”ın prezidenti Tahir Gözəl ötən gün Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda “Nyukasl”la qarşılaşmadan öncə “CBC Sport”a deyib.
O bildirib ki, bu il Avropadan 30 milyon avroya qədər pul qazanılıb:
“Avropa Liqasına gedəndə əlavə pul gəlir. Amma elə bir mövsümdə Avropadakı xərcimiz 30 milyon avrodur.
Ona görə də Avropaya getmək özü xərcdir. “Qarabağ” stabilliyi ilə artıq Avropada bir nömrədir.
“Nyukasl”ın rəhbərliyində hamı yenidir. Yəni bizim stabillikdə klub hələ olmayıb.
Tərəfdarlarımız bunu bilsin ki, “Qarabağ”ın arxasında möhtəşəm bir iradə var”.

