“Bazel”ə qarşı oynayacaq? – Klubdan MƏLUMAT verildi

7 Dekabr 2021 21:20 Qarabağ 895
“Bazel”ə qarşı oynayacaq? – Klubdan MƏLUMAT verildi

“Qarabağ” bu gün 18.00-da Bakını tərk edib, İsveçrəyə yollanıb.

Azərbaycan Premyer Liqasının 13-cü turunun “Qarabağ” - “Sabah” matçında (5:1) zədə səbəbindən forma geyinməyən Kevin Medina komanda ilə birgə təyyarənin göyərtəsində yer alıb.

Qurban Qurbanov şənbəgünkü oyundan sonrakı mətbuat konfransında kolumbiyalı müdafiəçinin durumuna çərşənbə axşamı aydınlıq gələcəyini demişdi.

Son durumu öyrənmək üçün klubun mətbuat katibi Gündüz Abbaszadəni aradıq. “Qarabağ”ın sözçüsü cənibi amerikalı legionerin son durumu haqda bunları dedi:

“Kevin “Sabah”la oyundan sonrakı məşqlərdə iştirak etməyib. Buna baxmayaraq, komanda ilə birgə Bazelə yollanır.

Oyundan əvvəl baş məşqçi son durumuna baxıb, həkimlərlə məsləhətləşəndən sonra qərarını verəcək. İndidən dəqiq fikir bildirmək mümkün deyil”.

Avropa Konfrans Liqasının qrup mərhələsinin sonuncu turu çərçivəsində keçiriləcək “Bazel” – “Qarabağ” görüşü dekabrın 9-u, saat 00.00-da başlayacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti