"Qarabağ"ın oyununda olanlara görə 1 nəfər həbs olundu

25 Noyabr 2021 14:40 Qarabağ 758
"Qarabağ"ın oyununda olanlara görə 1 nəfər həbs olundu

Konfrans Liqasının pley-off mərhələsin avqustun 26-ı keçirilən "Aberdin" - "Qarabağ" oyunu zamanı baş verən insidentlə bağlı bir nəfər saxlanılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Şotlandiyanın "The National" nəşri məlumat yayıb. Bildirilib ki, 65 yaşlı kişi Aberdindəki "Pittordi" stadionunda 26 yaşlı kişiyə hücum etməkdə ittiham olunub.

Polis sözügedən şəxsin daha sonrakı bir tarixdə məhkəməyə çıxarılmasının gözlənildiyini yazıb.

Qeyd edək ki, "Aberdin" - "Qarabağ" görüşü Ağdam təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu