"Qarabağ"a görə planlar dəyişdi - "Omoniya"da

22 Sentyabr 2021 20:40 Qarabağ 1 079
"Qarabağ"a görə planlar dəyişdi - "Omoniya"da

“Qarabağ”ın Konfrans Liqasının qrup mərhələsindəki rəqibi “Omoniya”nın Kipr çempionatındakı matçının saatı dəyişdirilib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Sentyabrın 26-da Nikosiyada “Pafos”a qarşı keçiriləcək görüş öncədən nəzərdə tutulduğu kimi, 21:00-da yox, 19:00-da başlayacaq. "Pafos”la oyundan sonra “Omoniya” “Qarabağ”la qarşılaşmanın hazırlığına başlayacaq.

Komanda sentyabrın 30-da Nikosiyada "Qarabağ"ı qəbul edəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti