Qurban Qurbanov: “Məni də futboldan sildirmək istəyirsiz?"

25 Yanvar 2021 11:20 Qarabağ 1 198
Qurban Qurbanov: “Məni də futboldan sildirmək istəyirsiz?"

"Mənim üçün Nurlan haqqında danışmaq çox ağırdır. Sadəcə, heyfslənirəm ki, belə sərt qərar oldu".

Sportinfo.az xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bu açıqlama ilə çıxış edib.

O, sosial şəbəkədə ermənilər əleyhinə yazdığı status səbəbindən UEFA tərəfindən ömürlük futbol sahəsində çalışmaq haqqından məhrum edilən klubun mətbuat katibi Nurlan İbrahimov haqda fikirlərini bölüşüb:

"Klub olaraq ondan məmnun idik. Hamımız üzüldük. Başqa yolu yox idi. Həmişə bizim qəlbimizdədir. Nurlan bundan sonra da qarabağlıların ürəyində olacaq".

Qurbanov sabiq mətbuat xidməti ilə bağlı sərt qərarın UEFA-da olan nüfuzumuza təsirindən də danışıb: “Məni də futboldan sildirmək istəyirsiz? (gülür).

Ümumiyyətlə, həddən artıq az danışmalıyıq. Bəzi qərarlara görə onları qınaya bilmərik. Çünki əvvəlcədən federasiyalara xəbərdarlıq olur.

Hamı ilə mübarizə apara bilərik. Amma həm vaxtımızı aparar, həm də nüfuzumuzu salar. 4-5 element var ki, daim ehtiyatlı olmalıyıq. "İnter"lə oyuna görə nə qədər vaxt itirdik, müzakirələr getdi.

Elə məsələlər var ki, o səhvləri etməməliyik. Düzgün, ağıllı formada mübarizə aparmalıyıq ki, bizə qarşı əks fikir olmasın. Görsünlər ki, mədəniyyətimizi qoruyub saxlayırıq. Nurlan bəlkə bundan sonra daha nüfuzlu yerdə olacaq”.

Digər Xəbərlər
Xəbər Lenti