Azərbaycanın qadınlardan ibarət U-17 millisi Avropa çempionatının seçmə mərhələsində ilk oyununa çıxıb.
Sportinfo.az xəbər verir ki, yığma B Liqasının 3-cü qrupunda Belçika ilə qarşılaşıb.
Matç Sloveniyanın Krşko şəhərində yerləşən “Matiya Qubec” stadionunda oynanılıb.
Görüşdə Belçika millisi 11:0 hesabı ilə qalib gəlib.
Azərbaycan millisi növbəti turda Sloveniya ilə qarşılaşacaq (15 mart).

