İki müdafiəçinin yığmamızla qarşılaşmada iştirakı sual altına düşdü

08:20 Qadın futbolu 83
İki müdafiəçinin yığmamızla qarşılaşmada iştirakı sual altına düşdü

Dünya çempionatı – 2027-nin seçmə mərhələsi çərçivəsində qadınlardan ibarət Azərbaycan millisini qəbul edəcək Macarıstan yığması ciddi itkilərlə üzləşib.

Sportinfo.az yerli mətbuata istinadən xəbər verir ki, C Liqasının qrup mərhələsinin ilk turunda Andorra ilə qolsuz bərabərə qalan macarların, bu azmış kimi, 2 futbolçusu zədələnib.

Bunlar müdafiəçilər Hanna Nemet və Bitriks Fördösdür. Onlar Andorra ilə səfər matçının müvafiq olaraq 14 və 34-cü dəqiqələrində zədə alaraq əvəzlənməli olublar.

Hər iki futbolçunun yığmamızla qarşılaşmada iştirakı sual altına düşüb.

Macarıstan – Azərbaycan oyunu martin 7-də keçiriləcək. Millimiz ilk turda Bakıda Şimali Makedoniyanı 2:0 hesabı ilə məğlub edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti