Portuqaliyalı xanımlar Macarıstan - Azərbaycan oyununda

03:50 Qadın futbolu 72
Portuqaliyalı xanımlar Macarıstan - Azərbaycan oyununda

Azərbaycanın qadınlardan ibarət millisinin dünya çempionatının seçmə mərhələsi çərçivəsində Macarıstana qarşı səfər oyununa hakim təyinatları açıqlanıb.

Sportinfo.az AFFA-nın saytına istinadən xəbər verir ki, C Liqasının 3-cü qrupunun matçı martın 7-də, Felksutdakı “Panço Arena”da keçiriləcək və Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.

Görüşü Portuqaliyadan olan hakimlər briqadası idarə edəcək:

7 mart

17:30. Macarıstan - Azərbaycan

Baş hakim: Filipa Pereyra Kunya, Andreya Souza, Kristiana Moreyra Kosta, Sara Alves (Hakimlər briqadası Portuqaliyadandır)

“Panço Arena”

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti