Azərbaycanın qadınlardan ibarət millisi bu gün dünya çempionatının seçmə mərhələsi çərçivəsində ilk oyununa çıxıb.
Sportinfo.az xəbər verir ki, C Liqasının 3-cü qrupunun matçında Siyasət Əsgərovun rəhbərlik etdiyi yığmamız Bakıda Şimali Makedoniya ilə üz-üzə gəlib.
“Dalğa Arena”da keçirilən görüş Azərbaycan millisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Hər iki qolu kapitan Sevinc Cəfərzadə vurub.
Yığmamızın qrupdakı digər rəqibləri Macarıstan və Andorradır.
Millimiz qrupda növbəti oyununu martın 7-də Felksut şəhərində yerləşən “Panço Arena”da Macarıstan yığmasına qarşı keçirəcək.
Azərbaycan - Şimali Makedoniya 2:0
Qollar: Sevinc Cəfərzadə, 28, 78
Hakimlər: Anna Adamska, Julia Bukaroviç, Angelika Novak, Mixalina Diakov (hamısı Polşa)
“Dalğa Arena”

