Bakıda “Playmakers” layihəsi davam edir - 5-8 yaşlı qızlar üçün

04:30 Qadın futbolu 70
Bakıda “Playmakers” layihəsi davam edir - 5-8 yaşlı qızlar üçün

UEFA və AFFA-nın birgə əməkdaşlığı çərçivəsində ölkəmizdə qadın futbolunun inkişafı məqsədilə 5-8 yaşlı qızlar üçün Bakı şəhər 137 və 260 saylı orta məktəblərdə “Playmakers” layihəsi davam edir.

Sportinfo.az xəbər verir ki, layihənin təşkilində əsas məqsəd “Disney” cizgi filmləri hekayələri üzərindən qızların sağlam həyat tərzinə cəlb edilməsi, eləcə də, sosial bacarıqların, fundamental fiziki hərəkətlərin, futbolun əsaslarının öyrədilməsi və nağıl əsaslı məşğələlər vasitəsilə erkən yaşdan futbola cəlb etməkdir.

Layihə UEFA-nın təşəbbüsüdür və hədəf futbolu rəqabətdən daha çox əyləncəli, inklüziv və yaradıcı şəkildə təqdim etməklə qızların idmana marağını artırmaqdır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 Fevral 20:40 Rauf, uf, uf, uf...
17 Fevral 18:10 Çək və bizə göndər!
17 Fevral 08:20 Bir oyunluq cəzalandı