Bundesliqada Nigara üzüntü yaşatdılar

10 Fevral 08:40 Qadın futbolu 2 450
Bundesliqada Nigara üzüntü yaşatdılar

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin müdafiəçisi Nigar Mirzəliyevanın formasını geyindiyi "Hamburq" Bundesliqada növbəti görüşünü keçirib.

Sportinfo.az xəbər verir ki, bu komanda "Leypstiq"lə qarşılaşıb.

"Hamburq" bu matçda rəqibinə 1:3 hesabıyla uduzub.

Nigar meydana start heyətində çıxıb və 64-cü dəqiqədə əvəzlənib.

Millimizin üzvünün komandası 17 turdan sonra 10 xalla 12-ci pillədə qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti