AFFA-da rəhbər vəzifəsini itirdi, başqa iş tapşırıldı, müqaviləsi uzadılmadı

7 Fevral 10:40 Qadın futbolu 1 099
AFFA-da rəhbər vəzifəsini itirdi, başqa iş tapşırıldı, müqaviləsi uzadılmadı

AFFA-nın Qadın Futbolu İnkişaf Departamentinin rəhbəri Əminə Həsənova qurumdan tamamilə uzaqlaşdırılıb.

Federasiya onunla müqavilənin müddətini uzatmayıb.

Bu post bir müddət əvvəl AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayevaya havalə edilib.

Belədə Ə.Həsənova AFFA-da başqa vəzifə verilib, lakin burada da onunla bağlı problemlər yarandığından, rəhbərlik işbirliyinə son verib.

Ümumiyyətlə, təşkilatın başbilənləri qadın futbolunda müəyyən islahatlar aparmağı planlaşdırır. Bu sahə üzrə ayrıca layihə işlənir.

SPORTİNFO.AZ

Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti