Ayşən və Mədinə adını Daşkənddə tabloya yazdırdı, qazandıq!

5 Fevral 03:20 Qadın futbolu 385
Ayşən və Mədinə adını Daşkənddə tabloya yazdırdı, qazandıq!

Özbəkistanda təlim-məşq toplanışında olan 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi lk yoxlama oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, millimiz Daşkənddə Özbəkistanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşıb.

Görüş komandamızın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. U-19-un heyətində qolları Ayşən Salamzadə (11, 89) və Mədinə Curuqova (30) vurublar.

Komandalar arasında ikinci yoxlama oyunu fevralın 7-də keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti