Azərbaycanlı qızlar Özbəkistana yola salındı

3 Fevral 02:50 Qadın futbolu 790
Azərbaycanlı qızlar Özbəkistana yola salındı

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışı üçün Özbəkistana yola düşüb.

Sportinfo.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.

U-19 yığmamız Daşkənddə baş tutacaq hazırlıq çərçivəsində fevralın 4-də və 7-də Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama oyunu keçirəcək.

Hər iki qarşılaşmanın Bakı vaxtı ilə saat 14:00-da başlanması planlaşdırılır.

Digər Xəbərlər
Xəbər Lenti
1 Noyabr 20:00 Çək və bizə göndər!