Azərbaycan yığmasının müdafiəçisi Bundesliqada ilk oyuna çıxdı - FOTOLAR

13:40 Qadın futbolu 168
Azərbaycan yığmasının müdafiəçisi Bundesliqada ilk oyuna çıxdı - FOTOLAR

Azərbaycan millisinin və "Hamburq"un futbolçusu Nigar Mirzəliyeva Almaniya Bundesliqasında debüt edib.

Sportinfo.az xəbər verir ki, 23 yaşlı müdafiəçi "Frayburq"a qarşı görüşdə oynayıb.

O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

Matçda "Frayburq" 2:0 hesabı ilə qalib gəlib.

Hazırda turnir cədvəlində "Frayburq" 26 xalla 6-cı, "Hamburq" isə 10 xalla 12-cidir. Sıralamaya 43 xalla "Bavariya" liderlik edir.

N.Mirzəliyeva yanvarın 24-də "Hamburq"la ilə 2,5 illik müqavilə imzalayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti