Qadınlardan ibarət millinin və «Neftçi»nin müdafiəçisi Alina Nəhmədova yenidən legioner həyatı yaşayacaq.
O, karyerasını Serbiyada davam etdirəcək.
23 yaşlı arxa xətt oyunçusu ölkənin tanınmış klublarından «Partizan»la anlaşıb.
Alinanın Belqrad təmsilçisi ilə müqaviləsi 1,5 il nəzərdə tutulub.
Nəhmətova daha öncə Türkiyədə çıxış edib. 2022-2023-cü illərdə "Asya"nın (Qaziantep) formasını geyinib.
Bugünlərdə yığmamızın daha iki üzvü yeni klubu ilə rəmi «nigah» bağlayıb.
«Neftçi»nin hücumçusu Coşqunə Əliyev «Qaziantep»in yolunu tutubsa, müdafiəçi Nigar Mirzəliyeva «Zenit»dən (Rusiya) «Hamburq»a (Almaniya) üz tutub.
SPORTİNFO.AZ


