Qadın futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Nigar Mirzəliyeva klubunu dəyişib.
Sportinfo.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.
23 yaşlı müdafiəçi Almaniyada “Hamburq”a transfer olunub.
Rusiyada - "Zenit”də uğurlu çıxışı ilə diqqət çəkən N.Mirzəliyeva Bundesliqa təmsilçisi ilə 2,5 illik müqavilə imzalayıb.
N.Mirzəliyeva 2020-ci ildən Azərbaycan millisinin üzvüdür. O, karyerası ərzində "Balxurma", "Marxal Şəki", "Rubin" və "Zenit"in formasını geyinib.


