Azərbaycanda keçirlən liqanın daha 2 oyunu FIFA+ TV-də

03:00 Qadın futbolu 67
Azərbaycanda keçirlən liqanın daha 2 oyunu FIFA+ TV-də

Bu həftə AFFA-nın bayrağı altında keçiriləcək Yüksək Qızlar Liqasında daha iki oyun FIFA+ TV tərəfindən canlı yayımlanacaq.

Sportinfo.az xəbər verir ki, bu, AFFA ilə FİFA arasında imzalanmış lisenziya müqaviləsi çərçivəsində həyata keçirilir.

13-cü tur çərçivəsində yanvarın 23-də keçiriləcək “Liman” – “Neftçi” (10:30) və yanvarın 25-də təşkil olunacaq “Araz-Naxçıvan” – “Sabah” (13:00) görüşü platformada göstəriləcək.

Aşağıdakı linklərə keçid edərək həmin matçları izləyə bilərsiniz:

“Liman” – “Neftçi” “Araz-Naxçıvan” – “Sabah”

Saziş lisenziya müddəti ərzində - 2028-ci il sentyabrın 1-dək AFFA-nın bayrağı altında təşkil edilən yarışlardan seçilmiş matçları və video məzmunu (materialı) əhatə edir.

Bu proqrama Azərbaycanın qadınlardan ibarət milli komandasının yoldaşlıq oyunları və Millətlər Liqasının seçmə görüşləri, AFFA-nın bayrağı altında keçirilən aşağı yaş qrupları üzrə liqalar, Yüksək Qızlar Liqası, həmçinin sənədli filmlər və tələb üzrə video məzmun daxildir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 Yanvar 18:10 Çək və bizə göndər!
23 Yanvar 04:20 "Ordu"ya qalib gəldilər