Rusiyanın məşhur klubu Azərbaycan millisinin müdafiəçisinə müqavilə təklif etdi

11:55 Qadın futbolu 374
Rusiyanın məşhur klubu Azərbaycan millisinin müdafiəçisinə müqavilə təklif etdi

"Zenit" Azərbaycan millisinin futbolçusu Nigar Mirzəliyevaya yeni müqavilə təklif edib.

Sportinfo.az xəbər verir ki, bu barədə "report"a 23 yaşlı müdafiəçi məlumat verib.

Yığma üzvü hələlik qərar vermədiyini diqqətə çatdırıb:

"Yanvarda komandamız yeni mövsüm üçün toplanacaq. Klubla daha 1 illik müqaviləm qalıb.

"Zenit" mənə yeni sözləşmə də təklif edib. Ancaq bununla bağlı hələlik qərara gəlməmişəm. Fikirləşdikdən sonra düzgün olan addımı atacağam".

N.Mirzəliyeva başqa təkliflərinin olduğunu da sözlərinə əlavə edib:

"Avropa ölkələrinin birində özümü inkişaf etdirmək istəyirəm. Yaxşı təklif olsa, düşünəcəyəm, dəyərləndirəcəyəm".

Nigar Mirzəliyevanın "Zenit"lə müqaviləsinin müddəti 2026-cı ilin sonunadək qüvvədədir.

Nigar yenə Rusiyada diqqət mərkəzinə düşdü

Digər Xəbərlər
Xəbər Lenti