Qadın futbolu üzrə Portuqaliya komandasının müdafiəçisi Diana Qomes AVRO-2025-in seçmə mərhələsinin 1-ci raundunun Azərbaycan yığmasına qarşı Vizelada keçirəcəkləri cavab oyunu (ilk oyun – 4:1) haqda fikirlərini bölüşüb.
Sportinfo.az xəbər verir ki, portuqaliyalı futbolçu Bakıdakı 4:1 hesablı qələbəni də xatırlayıb:
“Bakıdakı matçda baş məşqçinin bizdən istədiyi hər şeyi etdik. Səfərdə yaxşı nəticə qazandıq.
Bununla belə, Azərbaycanı evdə öz azarkeşlərimiz önündə cavab oyununda qiymətləndirməmək olmaz. Məqsədimiz Avropa çempionatına çıxmaqdır”.
Portuqaliya - Azərbaycan oyunu oktyabrın 29-da Vizela stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.