Azərbaycanlı qızlar Monteneqroda qol və xal üzünə həsrət qaldı

21 Oktyabr 2021 23:00 Qadın futbolu 469
Azərbaycanlı qızlar Monteneqroda qol və xal üzünə həsrət qaldı

Qadınlardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, komandamız yer aldığı E qrupunda 3-cü matçına çıxıb.

Qadınlarımız Podqoritsadakı Təlim-Məşq mərkəzində Monteneqronun qonağı olub. İlk iki görüşdə Rusiya (0:2) və Danimarkaya (0:8) məğlub olan yığmamız yenə qol və xal üzünə həsrət qalıb.

Bolqarıstandan olan hakimlər briqadasının idarə etdiyi qarşılaşma ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Millimiz növbəti matçını oktyabrın 26-da “ASK Arena”da Malta ilə qarşılaşacaq.

Qadınlar arasında DÇ-2023-ün seçmə mərhələsi / E qrupu, III tur
Monteneqro – Azərbaycan 2:0

Sladyana Bulatoviç, 5, Ancela Toşkoviç, 83
Podqoritsa. Təlim-Məşq mərkəzi

1

Danimarka

2

2

0

0

15-0

6

2

Rusiya

2

2

0

0

7-0

6

3

Monteneqro

3

2

0

1

5-7

6

4

Bosniya və H.

2

0

1

1

4-5

1

5

Malta

2

0

1

1

2-9

1

6

Azərbaycan

3

0

0

3

0-12

0

Digər Xəbərlər
Xəbər Lenti