COP29

"Qızlarımız sübut etdi ki...”

5 İyun 02:20 Qadın futbolu 1 039
"Qızlarımız sübut etdi ki...”

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov Avropa çempionatının seçmə mərhələsi çərçivəsində B Liqasının 1-ci qrupunda Türkiyə ilə oyundan (1:0)sonra fikirlərini bildirib.

Sportinfo.az xəbər verirb ki, o, tribunalara toplaşan azarkeşlərə təşəkkür edib:

“Bizi dəstəkləməyə gələn azarkeşlərimizə təşəkkür edirəm. Sayları az olsa da, sona qədər komandanın gücünə güc qatdılar.

Həmçinin komandama təşəkkürümü bildirirəm. Qızlarımız sübut etdilər ki, Azərbaycanda qadın futbolu inkişafdadır.

Türkiyə Superliqasında yüksək səviyyəli 16 klub çıxış edir. Milli komandaları üçün seçim imkanları genişdir.

Buna baxmayaraq, bu gün komandamız möhtəşəm mübarizə ilə qələbə qazandı.

Ərzincandakı görüşdə hakimlərin idarəçiliyi ürəyimizcə olmamışdı. Qapımıza heç nədən penalti təyin olundu, üstəlik, bizim lehimizə bir onbirmetrlik verilmədi.

Həmçinin qızlarımızda həyəcan da var idi. Çünki böyük kütlə qarşısında çıxış edirdilər. Türkiyədəki oyunda minimum 1 xal qazana bilərdik”.

Türkiyə yığması üzərində 1:0 hesablı qələbə qazanan Azərbaycan komandası xallarının sayını 4-ə yüksəldib.

Millimiz qrupda növbəti oyununu iyulun 12-də “Liv Bona Dea Arena”da Macarıstan kollektivinə qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti