Paşinyan TƏLAŞDA: “Bölgədə münasibətlərimizi dəyişməsək...”

16 Yanvar 2023 20:30 Problem 821
Paşinyan TƏLAŞDA: “Bölgədə münasibətlərimizi dəyişməsək...”

“Bölgədə münasibətlərimizi dəyişməsək, mövcud təhlükələri idarə edə bilməyəcəyik, amma arzu etmək kifayət deyil, düşündüyümüzdən daha çevik olmalıyıq”.

Иunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında deyib.

O, Rusiya ilə Türkiyə arasında münasibətlərin niyə və necə dəyişdiyini, bunun Ermənistan üçün nə demək olduğunu anlamağa çağırıb.

“Rusiya ilə Azərbaycan arasında münasibətlər niyə və necə dəyişib? Bunun bizə təsirini başa düşməliyik. Suallara cavab verməliyik: regionda necə mövqe tuturuq?

Qonşu və tərəfdaş, yoxsa istehkam kimi? Yoxsa tarixi ədalət uğrunda mübarizə aparan, başqa ölkələrə dərs verməli bir dövlət kimi?”, – deyə Paşinyan ritorik suallar ünvanlayıb.

“Ermənistan hökuməti bu seçimi edib, lakin bu, qəbuledilməz ola bilər. Biz başa düşməliyik ki, dünyadan regiona, yoxsa regiondan dünyaya doğru gedək.

Tarixən biz birincini etmişik. Bu, cavablandırılmalı olan əsas sualdır. Biz regiondan dünyaya getməliyik”, - deyə Nikol Paşinyan əlavə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 May 03:50 Avropa çempionu oldu