Rusiyalı məşhur azərbaycanlı milyarderi tənqid etdi: “Onunla dil tapmaq çox çətindir”

16 Yanvar 2023 20:20 Problem 1 084
Rusiyalı məşhur azərbaycanlı milyarderi tənqid etdi: “Onunla dil tapmaq çox çətindir”

"Simurq"un sabiq baş məşqçisi Sergey Yuran "Ximki"nin səhmdarı Tufan Sadıqovu tənqid edib.

Sportinfo.az xəbər verir ki, 54 yaşlı mütəxəssis "Sport-Express" nəşrinə müsahibəsində azərbaycanlı iş adamını məşqçilər heyətinin işinə müdaxilə etməkdə günahlandırıb.

Yuran 2011/2012 mövsümündə "Simurq"a rəhbərlik edib. O bildirib ki, Sadıqovla futbol məsələlərində dil tapmaq çox çətindir:

"O, özünü futbolun ən yaxşısı hesab edir. Amma hansı oyunçuların lazım olub-olmadığına baş məşqçi deyil, investor qərar verməyə başlayırsa, bu, sizi uğursuzluğa aparan yoldur".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 May 03:50 Avropa çempionu oldu