Azərbaycanda virusun yeni ştamına yoluxan var?

15 Yanvar 2023 13:30 Problem 1 112
Azərbaycanda virusun yeni ştamına yoluxan var?

Azərbaycanda COVID-19-un yeni ştamı olan “Omicron XBB.1.5”ə yoluxma faktı qeydə alınmayıb.

Bunu TƏBİB-in Yoluxucu Xəstəliklər və İnfeksion Nəzarətin Təşkili Şöbəsinin əməkdaşı Turan İbrahimova “Real TV”də qonaq olarkən deyib.

Qurum rəsmisi bildirib ki, sözügedən virus “Omikron”un subvariantı olduğuna görə ona yoluxan şəxs xəstəliyi elə “Omikron” kimi keçirir:

“Bunun müxtəlif ştamları olsa belə, bizə yad virus deyil. Biz koronavirusla diaqnostikanı, müalicə yollarını bilirik. Bu ştamın “Omikron”dan elə də fərqi yoxdur”.

2023-cü ilin yanvarın 5-də ÜST tərəfindən COVID-19-un yeni ştamının aşkarlandığı açıqlanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!