“Əl Nəsr”ın hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanının 2030-cu il dünya çempionatına namizədliyinin səfiri olmayacaq.
Sportinfo.az xəbər verir ki, öncədən portuqaliyalı hücumçunun 2030-cu il dünya çempionatına Qərbi Asiya təmsilçisinin namizədliyinin səfiri olacağı təqdirdə 200 milyon avro alacağı deyilmişdi.
Bu barədə “Əl Nəsr” rəsmisinin açıqlamasında aşağıdakı sözlər yazılıb:
“Kriştiano Ronaldonun “Əl Nəsr”lə müqaviləsi dünya çempionatı ilə bağlı hansısa öhdəliyi nəzərdə tutmur.
Onun əsas diqqəti hazırda kluba yönəlib. Portuqaliyalı komanda yoldaşları ilə birlikdə uğur qazanmaq niyyətindədir”.
Ronaldo 2022-ci ilin dekabr ayının sonunda “Əl Nəsr”ə azad agent kimi qoşulub. O, yeni klubu ilə illik 200 milyon avro maaşla, 2025-ci ilin yayına qədər müqavilə imzalayıb.

