Ermənilər azərbaycanlılardan kömək istəyən şəxsi öldürmək istəyirlər - FOTO

10 Yanvar 2023 13:50 Problem 753
Ermənilər azərbaycanlılardan kömək istəyən şəxsi öldürmək istəyirlər - FOTO

Ermənilər Azərbaycanlı hərbçilərdən kömək istədiyi üçün Toros Qazaryanı öldürməyə çağrışlar edirlər.

Bir neçə gün bundan əvvəl Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazidən mülki erməni sakin (Toros Qazaryan) Azərbaycan Ordusunun postlarının birinə yaxınlaşaraq kömək istəyib, ac olduğunu, üşüdüyünü və siqaret istədiyini bildirib.

Qarabağın erməni sakininə yemək, siqaret verilib, ona qayğı ilə yanaşılıb. Bu gün Şuşada - Xankəndi-Laçın yolu üzərindəki aksiya yerində həmin dinc erməni sakin Xankəndinə yola salınıb.

Bundan sonra isə sosial şəbəkələrdə erməni istifadəçilər tərəfindən Toros Qazaryanın ünvanına müxtəlif təhqirlər və təhdidlər səsləndirilib.

Hətta bir sıra erməni sosial şəbəkə istifadəçiləri Toros Qazaryan öldürmək lazım olduğunu da bildiriblər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 May 03:50 Avropa çempionu oldu