"Biz bütün itirilmiş əraziləri qaytaracağıq" - SENSASİON AÇIQLAMA

10 Yanvar 2023 12:10 Problem 777
"Biz bütün itirilmiş əraziləri qaytaracağıq" - SENSASİON AÇIQLAMA

"Ukrayna Rusiyanın zəbt etdiyi bütün əraziləri azad edəcək.

İşğal olunmuş Krım isə kombinə şəkildə - hərbi güc və diplomatiya yolu ilə geri qaytarılacaq".

Bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov deyib.

O, qeyd edib ki, Ukrayna 1991-ci ildəki və dünyada hamının tanıdığı məlum sərhədlərə qayıtmalıdır,

"Kimsə bununla razı deyilsə, deməli, BMT-nin prinsipləri və II dünya müharibəsindən sonra mövcud olan dünya nizamı ilə razılaşmır".

"Ukrayna xalqının mövqeyini əks etdirməyən bəzi insanların fikirlərini dinləmək mənə maraqlı deyil. Mən əks fikirdəyəm. Biz bütün itirilmiş əraziləri qaytaracağıq.

Krım həm güc, həm də diplomatiya ilə geri alınacaq. Amma güc olmadan heç nə olmayacaq. Bizim bölmələrimiz ora əllərində silahla gedəcəklər", - deyə Budanov vurğulayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 May 03:50 Avropa çempionu oldu