Cənubi Azərbaycan klubunun sabiq futbolçusuna 26 il həbs verildi

10 Yanvar 2023 01:00 Problem 572
Cənubi Azərbaycan klubunun sabiq futbolçusuna 26 il həbs verildi

“Traktor”un sabiq futbolçusu Amir Nasr Azadani İranda baş verənlərə etiraz etdiyi üçün 26 il müddətinə azadlıqdan məhrum edilib.

Sportinfo.az “iranwire.com” saytına istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi 2022-ci il noyabrın 16-da İsfahanda nümayişçilərlə rejim qüvvələri arasında baş vermiş toqquşma zamanı 3 polis əməkdaşının öldürülməsində iştirak etməkdə günahlandırılıb.

Bir müddət əvvəl barəsində ölüm hökmü verilən Azadani ilə bağlı qərar 26 illə əvəzlənib.

İranda hakimiyyət əleyhinə çıxan millinin digər tanınmış sabiq futbolçusu Əli Daeinin ölkəni tərk etməsinə qadağa qoyulub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 May 03:50 Avropa çempionu oldu