Hazırda Azərbaycanda "donuz qripi" aşkarlanmayıb.
Hazırda regionda və dünyada başqa patogen viruslar baş qaldırıb.
“Donuz qripi” (H1N1), “quş qripi” də (H5N1) o qəbildəndir. Qonşu Ermənistanda isə neçə gündür məhz H1N1 tüğyan edir.
Məlumatlara görə, artıq bu virusa yoluxmuş iki yüzdən çox xəstə pnevmoniya diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onların 60%-i uşaqlardır. İki nəfər isə “donuz qripi”ndən ölüb.

