Rusiyada yaşayan iş adamı Lənkəran klubunın maliyyəsini kəsdi

6 Yanvar 2023 14:00 Problem 1 380
Rusiyada yaşayan iş adamı Lənkəran klubunın maliyyəsini kəsdi

Region Liqasının cari mövsümündə iştirakdan imtina edən «Xan Lənkəran» çıxılmaz vəziyyətlə üzləşib.

2021-ci ilin yayında yaradılan klub fəaliyyətini tamamilə dayandırmaq ərəfəsindədir.

Buna səbəb Pərviz Hüseynovun AFFA-nın bayrağı altında keçirilən ölkə çempionatında iştirak edən komandalara maliyyə dəstəyini dayandırmasıdır.

Rusiyada yaşayan iş adamı biznesində yaranan durğunluqla əlaqədar sahibi olduğu kluba yardımını kəsib. Burada çalışan məşqçilər və işçilər artıq xeyli müddətdir əməkhaqqı almır.

. «Xan Lənkəran» ötən sezon Region Liqasında qüvvəsini sınayıb və finaladək irəliləyib.

Cənubö təmsilçisi cari «futbol ili»ndə I Divizionda yarışmaq niyyəti ilə AFFA-ya çoxsaylı müraciətlər ünvanlayıb, hətta varislik məsələsini gündəmə gətirib.

«Xan»ın təmsilçiləri «Qobustan» başda olmaqla, 5 komandanın onlarla birləşmək barədə məktubunu federasiyaya təqdim edib.

Gəl ki, qurum Pərviz Hüseynovun İstanbulda «Xəzər Lənkəran»ın sahibi Mübariz Mənsimovla görüşməsini, iki klubun birləşməsi yönündə mətbuata verilən açıqlamalardan qeyzlənərək,

«Xan Lənkəran»ın peşəkar statuslu çempionatda iştirakına icazə vermədi. Nəticədə 1 yaşlı cənub klubu Region Liqasında çıxışını dayandırdı və indi yalnız aşağı yaş qrupları üzrə ölkə çempionatında yarışmaqla kifayətlənir.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 May 03:50 Avropa çempionu oldu