Qurban Qurbanova təklif göndərən azərbaycanlı milyarderin başı dərddə!

3 Yanvar 2023 20:00 Problem 1 794
Qurban Qurbanova təklif göndərən azərbaycanlı milyarderin başı dərddə!

Azərbaycanlı milyarder Tufan Sadıqovun himayədarı olduğu “Ximki” maliyyə böhranı ilə üzləşib.

30 ildən çoxdur bu ölkədə fəaliyyət göstərən tikinti maqnatı daha Moskva klubuna vəsait ayrıa bilmir.

Körpü inşaatı ilə məşğul olan həmyerlimiz artıq neçə aydır “Ximki”nin pulunu kəsib və xeyli borcu yaranıb.

Yerli premyerliqada qüvvəsini sınayan komanda elitanı tərk etməyə real namizəddir. 17 tura 12 xal toplayan kollektiv turnir cədvəlində sondan əvvəlki - 15-ci pillədə qərarlaşıb.

İki azərbaycanlı məşqçi hazırda paytaxt təmsilçisində çalışır. Nazim Süleymanov U-19-un sükanı arxasında dayanıbsa, Emin Ağayev onun köməkçisi vəzifəsini yerinə yetirir. Cütlük xeyli müddətdir əməkhaqqı almır.

Tufan Sadıqov ötən ilin ikinci yarısında Qurban Qurbanovu “Ximki”yə gətirmək istəyirdi. Lakin danışıqlar qısa sürdü.

Azərbaycanın ən yaxşı məşqçisi “Qarabağ”dan ayrılmaq fikrində olmadığını bildirincə, Sadıqov iddiasından geri çəkildi.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 May 03:50 Avropa çempionu oldu