O, bundan sonra necə yaşayacaq? - SƏRT TƏNQİD

5 Mart 2022 18:40 Problem 800
O, bundan sonra necə yaşayacaq? - SƏRT TƏNQİD

"Atalanta"nın yarımmüdafiəçisi Ruslan Malinovski "Zenit"in çalışdırıcısı Anatoli Timoşşuk haqda fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, Malinovski Rusiya işğalına münasibət bildirməyən, Sankt-Peterburqu tərk etməyən Timoşşuku sərt tənqid edib:

“Uşaqların Rusiya klublarını tərk etməsi doğrudur. Timoşşuka gəlincə, onun davranışı qəribədir. Mən onun mövqeyini izah edə bilmərəm. Öz fikrim isə belədir: susan səhvdir.

Bundan sonra necə yaşayacağını bilmirəm. Amma onun artıq Ukrayna futbolunun əfsanəsi olmadığı dəqiqdir”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti