Premyer Liqada yenə “Qızıl oyun” olacaq?

21 Sentyabr 2020 10:24 Premyerliqa 665
Premyer Liqada yenə “Qızıl oyun” olacaq?

Azərbaycan Premyer Liqasında 2020/21 mövsümünün tam təqvimi açıqlanıb.

Sportinfo.az xəbər verir ki, ən köklü klublar “Neftçi” ilə “Qarabağ”ın üz-üzə gələcəyi turlar da müəyyənləşib.

Əzəli rəqiblərin ilk dueli bu gün olacaqsa, II dövrə çərçivəsində Azərbaycan derbisi noyabrın 8-də IX turda keçiriləcək.

III dövrənin ilk turunda rəqiblər “Qarabağ”ın meydanında qarşılaşacaqlar. Fevralın 13-nə salınan qarşılaşma həm də 2021-ci ilin ilk matçlarından biri olacaq.

“Neftçi” ilə “Qarabağ” arasındakı son görüş isə mövsümün axırıncı turunda reallaşacaq. Mayın 22-də keçiriləcək həmin matçla 2020/21 mövsümü başa çatacaq.

Komandalar çempionluq uğrunda sona qədər mübarizə aparsalar, XXVIII turdakı matç “Qızıl oyun”a bərabər olacaq.

Azərbaycan derbisinin tarixləri:
III tur
20 sentaybr
“Qarabağ” – “Neftçi”

IX tur
8 noyabr

“Neftçi” – “Qarabağ”

XV tur
13 fevral, 2021-ci il

“Qarabağ” – “Neftçi”

XXVIII
22 may
“Neftçi” – “Qarabağ”

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"