Nömrəsini "skoç"la bağladı, AFFA 800 manat cərimələdi

8 Sentyabr 2020 15:46 Premyerliqa 831
Nömrəsini "skoç"la bağladı, AFFA 800 manat cərimələdi

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, yığıncaqda Premyer Liqada 2020/21 mövsümünün ilk turunun xoşagəlməz hadisələri müzakirə olunub və müvafiq qərarlar verilib.

“Neftçi” – “Səbail” oyununda meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

“Sumqayıt” – “Keşlə” matçında qonaqların oyunçusu Tərlan Quliyev sifariş vərəqəsində qeyd olunmuş nömrəsindən fərqli nömrəli formada meydançaya çıxdığı üçün komandasını 800 manat ziyana salıb.

İkinci hissənin sonlarında meydana daxil olan futbolçunu baş hakim Elçin Məsiyev geri qaytarıb. Yalnız rəqəmlərdən birinin üstünü skoçla bağladıqdan sonra Quliyev meydana daxil olub.

“Qəbələ” – “Zirə” görüşündə təcili yardım nümayəndəsi təyin olunan vaxtda oyunöncəsi iclasda iştirak etmədiyi üçün meydan sahibləri 400 manat ödəyəcək.

Bu qarşılaşmada topdaşıyan şəxslərin yaş həddi pozulduğu üçün qəbələlilər daha 800 manat cərimələnib.

“Zirə”nin futbolçusu Hacıağa Hacılı ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun diskvalifikasiya edilib, klub 200 manat cərimə olunub.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı