İran yığmasının sabiq üzvü Azərbaycan klubunda

6 Sentyabr 22:20 Premyerliqa 738
İran yığmasının sabiq üzvü Azərbaycan klubunda

"Səbail" düşərgədə baxışda olan əcnəbi futbolçu ilə bağlı qərarını verib.

Söhbət iranlı Əli Babayidən gedir.

24 yaşlı legionerin Bayıl təmsilçisində yoxlanışda olmasını xəbər vermişdik.

Mərkəz hücumçusu baş məşqçi Elvin Məmmədovun diqqətini çəkə bilib.

Gənc mütəxəssisin performansından razı qaldığı oyunçunun klubda qalmasına qərar verib.

O, yeni mövsümü "dənizçilər"in uğurları üçün çalışacaq.

Forvard karyerası ərzində ölkəsində "Naft Novin", "Sepahan", "Peykan" və "Maşınsazi"də çıxış edib.

Kosovoda ("Dukaqjini", "Ferizaj") və Türkiyədə ("Keçiörengücü) legioner həyatı yaşayıb.

Əli İranın U-19 yığmasında forma geyinib.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
6 Sentyabr 18:10 Çək və bizə göndər!
6 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
6 Sentyabr 02:20 Beş ŞAPALAQ - VİDEO