COP29

“Bu klubların heç biri Premyer Liqada çıxış etməyə hazır deyil”

20 May 19:20 Premyerliqa 2 510
“Bu klubların heç biri Premyer Liqada çıxış etməyə hazır deyil”

“Mən AFFA İcraiyyə Komitəsinin Premyer Liqa ilə bağlı son qərarını doğru hesab edirəm”.

Bu fikirlər “Sportinfo”nun təsisçisi İlkin Vaqifoğluna məxsusdur.

Bilindiyi kimi, mayın 13-dı AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin (İK) növbəti iclası keçirilib.

Toplantıya sədrlik edən AFFA prezidenti Rövşən Nəcəf qarşıya qoyulan vəzifələrdən və onların icrası istiqamətində görüləcək işlərdən danışıb

.Yğıncaqda Azərbaycan Premyer Liqasında komanda sayının artırılması məsələsi müzakirəyə çıxarılıb, idman prinsiplərinin qorunmasının vacibliyi vurğulanıb.

Hazırkı mərhələdə klubların sayını olduğu kimi saxlayaraq, qəbul olunacaq strategiyaya uyğunlaşdırılaraq gələcəkdə əlavə məlumat verməklə klubların sayının mərhələli şəkildə artırılması istiqamətində işlərin davam etdirilməsi məqsədəuyğun hesab olunub.

İ.Vaqifoğlu ATV kanalında yayımlanan “Futbolumuz” verlişində İK-nin mövqeyinə münasibət bildirib.

Aparıcı Ceyhun Rzayevin qonağı olan müsahib bildirib ki, AFFA mövcud reallığı əks etdirən addım atıb:

“Əlbəttə, hər birimiz istərdik ki, Premyer Liqada 12-14 komanda çıxış etsin. Bu, sadəcə, istəkdir.

Gəlin görək, yerlərdə mövcud olan infrastrukur buna imkan verirmi? Bu mövsüm Birinci Liqada çıxış edən bütün klubların şəraiti ilə yaxından tanışlıq imkanım olub.

Burada təmsil olunan bütün rayonların stadionların vəziyyətini görmüşəm. “Şamaxı” istisna olmaqla, heç bir komanda yaxşı şəraitə malik deyil.

Zaqatala, İmişli, Yevlax və digər rayonların stadionları çox bərbad vəziyyətdədir. Normal məşq keçməyə şərait yoxdur.

Mən hələ həmin klubların üzləşdiyi digər problemləri demirəm. “Qarabağ”, “Neftçi” və “Sabah” kimi büdəcəsi yüksək komandaların futbolçuları qətiyyən o stadionlarda oynamaq istəməyəcək.

Üstəlik, bir məsələyə diqqət çəkməliyik. “Kəpəz” və “Araz-Naxçıvan” ev oyunlarını doğma şəhərlərində keçirə bilmir.

Hazırda Premyer Liqanın 5 komandası gündəlik məşqlərini Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçir.

Say artımı olsa, digər komandalar harada məşq edəcək? Meydança və baza problemini iki-üç ayın içində həll etmək mümkün deyil”.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"