Premyer Liqada 5 vacib adam olmayacaq - Bu həftə

8 Dekabr 2023 14:40 Premyerliqa 907
Premyer Liqada 5 vacib adam olmayacaq - Bu həftə

Premyer Liqanın 16-ci turu bəzi məşqçi və futbolçular üçün meydanı olacaq.

Həftəsonu baş tutacaq 5 oyunda iki məşqçi və üç futbolçu cəzalı durumdadır.

Çempionatın ən hay-küylü iki baş məşqçisi – “Sabah”dan Murad Musayevlə “Sumqayıt”lı Samir Abasov texniki zonada yer ala bilməyəcəklər.

“Kəpəz”dən Olavale Onanuqa, “Araz-Naxçıvan”dan Vadim Abdullayev, “Zirə”dən Ruan Renato sarı vərəqə limitini doldurduğu üçün cəzalı duruma düşüb. Maraqlıdır ki, hər biri şərəfini qoruduğu komanda üçün vacib fiqur hesab olunur.

Dekabrın 8-də “Sumqayıt” – “Qarabağ”, ertəsi “Qəbələ” – “Kəpəz”, “Zirə” – “Araz-Naxçıvan”, dekabrın 10-da “Sabah” – “Səbail”, “Neftçi” – “Turan Tovuz” görüşləri baş tutacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”