Azərbaycanda bu klublar niyə bərk narahatdır? - VİDEO

16 Mart 2023 14:00 Premyerliqa 329
Azərbaycanda bu klublar niyə bərk narahatdır? - VİDEO

«Premyer Liqada çox maraqlı mənzərə yaranıb».

Bu sözlər futbol eksperti Emin Abbasova məxsusdur.

ATV-də yayımlanan «Futbolumuz» verlişində çempionatın gedişi barədə danışan sabiq funksioner aşağı sıralarda qərarlaşan komandaların durumunu incələyib.

O, AFFA-nın baş katibi Sərxan Hacıyevin «bu il axırıncı yeri tutan klub I Diviziona düşəcək» açıqlamasının alt pillələrdə mübarizəni daha da gərginləşdirdiyini bildirib:

«Əvvəlki illərdə heç bir klub təhlükə yaşamırdı, rahat idilər. Ötən mövsüm «Sumqayıt», «Şamaxı» və «Səbail» çempionatın axırını yola verirdi.

Bilirdilər ki, aşağı düşən olmayacaq.

AFFA-nın baş katibi Sərxan Hacıyev mövsümün əvvəlində deyəndə ki bu il bir klub Premyer Liqanı tərk edəcək, çox adam şüaraltı fikirləşirdi ki, ola bilsin, klub sayı 12-yə qaldırılsın, heç kim çempionatdan çıxmasın.

Hacıyevin bununla bağlı yaxınlarda verdiyi növbəti açıqlamadan sonra turnir cədvəlinin aşağı pillərində gedən komandaların rəhbər şəxsləri və məşqçiləri bu təhlükəni nəyi var hiss ediblər».

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti