“Ferentsvaroş”dan 1 milyon tələb etdi, “Qarabağ”ın təklifinə “hə” dedi

24 Yanvar 2023 22:40 Premyerliqa 5 549
“Ferentsvaroş”dan 1 milyon tələb etdi, “Qarabağ”ın təklifinə “hə” dedi

“Qarabağ”ın yeni transferi Redon Cicanın Macarıstan klubu “Ferentsvaroş”a keçidi son anda baş tutmayıb.

Sportinfo.az “nemzetisport.hu”ya istinadən xəbər verir ki, Albaniya “Tirana”sının 25 yaşlı hücumçusu ötən həftə “Ferentsvaroş”la müqavilə imzalamağa yaxın olub.

Macarlar Albaniya millisinin üzvü üçün 500 min avro təklif etsələr də, qarşı tərəf buna müsbət cavab verməyib.

“Tirana”nın tələbi 1 milyon avro olub. “Ferentsvaroş” yeni təklif göndərməyə hazırlaşdığı vaxtda isə cəld tərpənən Azərbaycan təmsilçisi albanlarla danışığı müsbət yekunlaşdırıb.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”