Premyer Liqa klublarına 3 milyonluq xəbər verildi: 10 gün gözləyin, 12 ay alın

11 Avqust 2022 10:40 Premyerliqa 1 126
Premyer Liqa klublarına 3 milyonluq xəbər verildi: 10 gün gözləyin, 12 ay alın

AFFA Premyer Liqa klublarına məktub ünvanlayıb.

Bu, çempionatın yeni titul sponsoru ilə bağlanan müqavilənin şərtləri ilə bağlıdır.

Belə ki, federasiya elita təmsilçilərinə maliyyə ödəməsinin vaxtını elan edib. Razılaşmaya əsasən, tərəfdaş şirkət qarşıdakı 10 gün ərzində klubların hesabına pul köçürəcək.

Aydındır ki, burada söhbət 3 milyon manatdan gedir. Həmin vəsait 12 aya bölünüb.

Göstərilən məbləğin 2 milyon manatı əsas komandanın xərclərinə sərf olunmalıdır. 1 milyon manat isə akademiya və infrastrukturun saxlanılması üçün nəzərdə tutulub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti