Gürcüstan millisinin sabiq üzvü yenidən Premyer Liqamıza qayıdır?

30 İyun 2022 22:20 Premyerliqa 2 758
Gürcüstan millisinin sabiq üzvü yenidən Premyer Liqamıza qayıdır?

Gürcüstanlı futbolçu Merab Qiqauri yenidən ölkəmizdə çıxış edə bilər.

Təcrübəli yarımmüdafiəçiyə bir neçə Premyer Liqa təmsilçisi “elçi düşüb”.

Əgər şərtlərdə razılıq əldə olunsa, 29 yaşlı oyunçunu qarşıdakı mövsüm də çempionatımızda görə bilərik.

Gürcüstan millisinin sabiq üzvü 2019-cu ildən ölkəmizdə çıxış edir. Onun ilk gəldiyi klub “Qəbələ” olub. O, burada oynadığı iki mövsümdə 47 oyun meydana çıxıb və 1 qol, 4 asistlə yadda qalıb.

Son mövsümü isə digər əyalət klubumuz olan “Şamaxı”da (keçmiş “Keşlə”) keçirib. Merab sabiq paytaxt təmsilçisində 29 oyun meydana çıxıb, 2 qol və 1 asistdə imzası olub.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"