"Neftçi" paytaxt derbisində 3 xalı 3 qolla qazandı

19 Sentyabr 20:23 Premyerliqa 711
"Neftçi" paytaxt derbisində 3 xalı 3 qolla qazandı

Bu gün Azərbaycan Premyer Liqasında IV turun daha bir oyunu keçirilib.

günün yeganə qarşılaşması Bakıda baş tutub.

Paytaxt derbisində “Neftçi” “Keşlə”ni qəbul edib. “Bakcell Arena”da keçirilən görüşdə çətinlik çəkmədən qələbə qazanan son çempion “Qarabağ”a məğlubiyyəti unutdurub.

“Keşlə” isə xala həsrət qalmaqda davam edir. Qəsəbə təmsilçisi turnir cədvəlinin son pilləsinə yuvarlanıb.

Turun ilk günündə “Qəbələ” – “Səbail” (5:0) və “Zirə” – “Sabah” (1:1) matçları keçirilib. Sabah “Qarabağ” “Sumqayıt”ı qəbul edəcək.

19 sentyabr (bazar)
“Neftçi” – “Keşlə” - 3:0
Qollar:
Sezar Meza Kolli, 36, Ramon Maçado, 50, İsmayıl Zülfüqarlı, 68
Baş hakim: Elçin Məsiyev
“Neftçi”: 30. Aqil Məmmədov, 8. Emin Mahmudov (k), 22. Mirabdulla Abbasov, 6. Voyislav Stankoviç, 24. Yusuf Laval, 29. Sabir Buqrin, 10. Sezar Meza Kolli, 4. Huqo Basto, 36. Mamadu Kane, 20. Mert Çelik, 21. İsmayıl Zülfüqarlı
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 93. Rza Cəfərov, 26. Ömər Buludov, 19. Fəhmin Muradbəyli, 97. Xəyal Nəcəfov, 3. Mamadu Mbodj, 91. Ramon Maçado, 9. Tiaqo Bezerra, 98. Famil Camalov, 72. Emin Zamanov, 70. Asim Əlizadə, 37. Vüsal Əsgərov
Baş məşqçi: Samir Abasov
“Keşlə”: 1. Stanislav Namaşko, 3. Tərlan Quliyev, 2. İlkin Qırtımov (k), 7. Rəhman Hacıyev, 8. Tural Axundov, 29. Amil Yunanov, 77. Merab Qiqauri, 72. Aldair Neto, 10. Felipe Santos, 22. Elçin Mustafayev, 14. Turan Vəlizadə
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 27. Əkpər Vəliyev, 18. Ruslan Əmircanov, 20. Rail Məlikov, 23. Nicat Qurbanov, 5. Kərim Diniyev, 99. Rafael Məhərrəmli, 21. Miyusko Boyoviç, 17. Omar Qudiabi, 50. Samir Abdullayev, 33. Fərid Nadirov
Baş məşqçi: Sənan Qurbanov
“Bakcell Arena”

1

Qəbələ

4

3

1

0

11-3

10

2

Qarabağ

3

2

1

0

6-2

7

3

Neftçi

4

2

1

1

8-5

7

4

Səbail

4

2

0

2

2-8

6

5

Sumqayıt

3

2

0

1

4-1

6

6

Zirə

4

1

2

1

5-4

5

7

Sabah

4

0

1

3

1-6

1

8

Keşlə

4

0

0

4

1-9

0

Bombardirlər: Davit Volkov ("Zirə"), Ülvi İsgəndərov ("Qəbələ") - 3 qol

Digər Xəbərlər
Xəbər Lenti
17 Oktyabr 16:20 Pullu kişinin ac balası
17 Oktyabr 09:00 "Qarabağ"ın QİYMƏTLƏRİ
17 Oktyabr 00:28 "Beşiktaş" uduzdu - VİDEO