Dünya çempionatının Argentina İordaniyaya qalib gəlib.
Sportinfo.az xəbər verir ki, Dallas stadionunda keçirilən J qrupunun III turunun matçında Cənubi Amerika təmsilçisi 3:1 hesablı qələbəyə sevinib.
Argentinanın heyətində Covani Lo Çelso (18), Lautaro Martines (31) və Lionel Messi (80) fərqləniblər. İordaniyanın yeganə qolu isə Musa al-Tamarinin (55) aktivinə yazılıb.
Bu nəticənin ardından Argentina qrupunu 9 xalla lider kimi başa vurub. Xalı olmayan İordaniya isə mundialla vidalaşıb. Cənubi Amerika təmsilçisinin 1/16 final mərhələsindəki rəqibi Kabo-Verde olacaq.
Bu matçla eyni vaxtda keçirilən Əlcəzair - Avstriya oyunu ilə birlikdə DÇ-2026-nın qrup mərhələsinə yekun vurulub.

