Dünya çempionatında Əlcəzair Avstriya ilə qarşılaşıb.
Sportinfo.az xəbər verir ki, Kanzas stadionunda baş tutan J qrupunun III turunun matçında məhsuldar heç-heçə qeydə alınıb - 3:3.
Əlcəzairin qollarını Riyad Mahrez (60, 90+3) və Rafik Belqali (45) vurublar. Avropa təmsilçisində isə Marko Arnautoviç (28), Marsel Zabitçer (55) və Saşa Kalaydziç (90+6) dəqiq zərbə müəllifi olublar.
Qrupu ikinci sırada tamamlayan Avstriya 1/16 finalda İspaniya ilə qarşılaşacaq. Ən yaxşı üçüncülər sırasına düşməyi bacaran Əlcəzair isə İsveçrə ilə üz-üzə gələcək.
Bu matçla eyni vaxtda keçirilən İordaniya - Argentina oyunu ilə birlikdə DÇ-2026-nın qrup mərhələsinə yekun vurulub.

