Premyer Liqa üçün dalaşan olmadı – Bu klublarla davam!

18 May 2021 20:40 Premyerliqa 987
Premyer Liqa üçün dalaşan olmadı – Bu klublarla davam!

Birinci divizion klubları Premyer Liqada iştirak üçün apelyasiya müraciəti etməyiblər.

Sportinfo.az xəbər verir ki, bu barədə apasport.az-a AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Sərxan Hacıyev məlumat verib.

Elitaya yüksəlmək üçün lisenziya ala bilməyən “Kəpəz”, “Turan Tovuz”, “Qaradağ-Lökbatan” və “Zaqatala”ya apelyasiya şikayəti üçün 10 gün vaxt verilib.

Hacıyev həmin müddətin dünən başa çatdığını və adıçəkilən komandalardan heç birinin müraciət ünvanlamadığını söyləyib.

Beləliklə, yeni mövsümdə Premyer Liqada 8 komandanın mübarizə aparacağı haqda çıxarılan qərarın dəyişməyəcəyi dəqiqləşib.

I Divizion təmsilçilərinin Premyer Liqada iştirak üçün müraciətinə mayın 8-də baxan AFFA Lisenziyalaşdırma Komissiyası, xüsusən də, maliyyə sənədlərindəki çatışmazlığı əsas gətirərək, onlara lisenziya verməyib.

Digər Xəbərlər
Xəbər Lenti
13 Oktyabr 20:00 Budur, Ukrayna?
13 Oktyabr 18:10 Çək və bizə göndər!
13 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM