Premyer Liqa klubları koronavirusla "sağollaşdı"

21 Yanvar 2021 14:40 Premyerliqa 773
Premyer Liqa klubları koronavirusla "sağollaşdı"

Azərbaycan Premyer Liqasının XIV turunda bu gün üz-üzə gələcək komandaların koronavirus testlərinin nəticələri məlum olub.

Sportinfo.az xəbər verir ki, bütün analizlər neqativ çıxıb.

Hazırda heç bir komandada xəstə futbolçu yoxdur.

Yanvarın 22-də qarşılaşacaq "Keşlə" və "Sumqayıt" kollektivlərində isə test nəticələri bu gün axşam saatlarında bilinəcək.

Bu gün "Zirə" - "Qəbələ", "Səbail" - "Neftçi" və "Sabah" - "Qarabağ" matçları keçiriləcək. İlk iki qarşılaşma saat 16:00-da, Masazırdakı görüş isə saat 18:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
31 Dekabr 2025 20:00 Çək və bizə göndər!
31 Dekabr 2025 14:50 "Sportinfo TV”də GÜNDƏM
31 Dekabr 2025 08:30 Bayram günlərinin PROQNOZU
31 Dekabr 2025 08:00 Yanvarda hava necə olacaq?
31 Dekabr 2025 07:30 Bu cərimələr artırılır