Rövnəq Abdullayevdən Premyer Liqada klub sayıı ilə bağlı VACİB AÇIQLAMA

17 Yanvar 2021 11:40 Premyerliqa 1 351
Rövnəq Abdullayevdən Premyer Liqada klub sayıı ilə bağlı VACİB AÇIQLAMA

AFFA prezidenti Rövnəq Abdullayev növbəti mövsümdən etibarən Premyer Liqada klub sayının artırılmasını vacib hesab edir.

Sportinfo.az-ın məlumatına görə, o, bu barədə Tovuz səfəri zamanı danışıb.

«Turan»ın yeni bazasının və akademiyasının açılış mərasiminə qatılan federasiya başçısı bildirib ki, elitğada cəmi 8 komandanın olması yaxşı hal deyil və texliklə bu məsələyə baxılacaq.

Abdullayev bölgə təmsilçilərinin Premyer Liqaya gətirilməsi planı üzərində işlədiklərini söyləməklə yanaşı, bir məqama diqqət yetirib.

Qeyd edib ki, rəhbəri olduğu SOCAR və AFFA bütün klublara sponsorluq edə bilməz, bunun üçün yerli rəsmi dairələr, özəl şirkətlər də maliyyə dəstəyi verməlidir.

Digər Xəbərlər
Xəbər Lenti