"Neftçi"nin prezidenti ilə Abasov arasında PROBLEM YARANDI – TRANSFER ÜSTÜNDƏ

28 Noyabr 2020 13:00 Neftçi 1 747
"Neftçi"nin prezidenti ilə Abasov arasında PROBLEM YARANDI – TRANSFER ÜSTÜNDƏ

Samir Abasov «Neftçi» rəhbərliyi ilə ilk problemini yaşayıb.

Komandada ikinci həftəsini keçirən baş məşqçi qışla bağlı planları, bu gedişə həyata keçməyəcək.

Onun üzümüzə gələn «transfer pəncərəsi»ndə 3 legioner almaq istədiyini dünən xəbər vermişdik. Gənc mütəxəssis üç mərkəz mövqeyə – müdafiə, yarımmüdafiə və hücum xəttinə «əl gəzdirmək» fikrindədir.

O, yeni əcnəbi oyunçular dəvət etmədən titul uğrunda mübarizə aparmağın mümkün olmadığı qənaətinə gəlsə də, Kamran Quliyev bunu reallaşdırmaq gücündə olmadıqlarını açıqlayıb.

Klub prezidenti transfer büdcəsinin yayda tamamilə boşaldığını, SOCAR-dan əlavə vəsait cəlb etməyin çətinliyini vurğulayıb. Başqa sözlə, o, Samir Abasova «yox» deyib.

Bu, yalnız bir halda mümkündür: komanda qış fasiləsinə qədər liderlik şansını qorusun. Quliyev söz verib ki, belə olarsa, SOCAR-dan 1 yeni futbolçunun alınmasına vəsait ayrılmasına çalışacaq.

Gəl ki, Abasov yenə bundan narazıdır. Füzuli Məmmədovun əvəzləyicisi ötən 1 ildə gətirilən legionerlərin əksəriyyətinin «Neftçi» standartlarına uyğun gəlmədiyi fitkrindədir və hesab edir ki, transfer siyasəti başqa meyarlar üzərindən aparılıb, fərqli məqsədlər güdülüb, başdansovdu iş görülüb.

Çalışdırıcı, ümumiyyətlə, bu qənaətdədir ki, komandada köklü dəyişiklər edilməidir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti